“Burada bizə qarşı heç bir təzyiq olmayıb” - Babayan

saytların hazırlanması

Evə çatdırılma

“Burada bizə qarşı heç bir təzyiq olmayıb” - Babayan

Kriminal

06 Fevral 2025 23:02 300


Mən öz adımdan demək istəyirəm ki, burada bizə qarşı heç bir təzyiq olmayıb.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən Ermənistan vətəndaşı Davit Babayan erməniəsilli şəxslərin cinayəti işləri üzrə məhkəmə proseslərinin fevralın 6-da keçirilən baxış iclasında deyib.

Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit Babayan məhkəməyə müraciət edərək söz istəyib. Sezar pizza

Məhkəmə D.Babayanın istəyini təmin edib. Təqsirləndirilən şəxs çıxış edərək saxlanma şəraitindən razı olduğunu, ona və digər təqsirləndirilən şəxslərə təzyiq göstərilmədiyini vurğulayıb:

"Bizə hər dəfə hörmətlə davranırlar və yerimizdə başqası olsa nə edərdi onu özlərinə sual versinlər. Bizim həqiqəti demək cəsarətimiz var. Həqiqət sərhəd tanımır. Burada saxlanma yerimiz də çox yaxşıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!