Burun dəyişmə başa bəladır: DSX açıqlama verdi

saytların hazırlanması

Evə çatdırılma

Burun dəyişmə başa bəladır: DSX açıqlama verdi

Sosial

26 Noyabr 2024 16:15 13826


“Facebook”da bir qadın burun əməliyyatı keçirdiyinə görə problemlə üzləşməsindən söz açıb. O, sosial şəbəkə istifadəçilərinə bununla bağlı sual ünvanlayıb. 

Həmin qadın plastik əməliyyat keçirdiyi üçün ASAN Xidmətdə ondan ümumvətəndaş pasportunu dəyişdirməsi tələb olunub. Ona bildirilib ki, əks halda, Dövlət Sərhəd Xidməti (DSX) əvvəlki halına bənzədilmədiyi üçün ölkəni tərk etməsinə icazə verməyəcək.

“Yeni Sabah” sözügedən məsələyə aydınlıq gətirmək üçün ASAN Xidmətə onlayn müraciət edib. Qurumdan verilən açıqlamada qeyd olunub:  Dominos pizza

“Qanunvericiliyin tələbinə əsasən, ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, pasport dəyişdirilməlidir. Qeyd etdiyiniz halla bağlı - Ölkədən getmək və ölkəyə gəlmək qaydaları haqqında ətraflı məlumat əldə etmək üçün Dövlət Sərhəd Xidmətinə müraciət edə bilərsiniz”.

Xatırladaq ki, bir müddət əvvəl mövzu ilə bağlı “Yeni Sabah”-a danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib ki, biometrik şəxsiyyət vəsiqəsinin göstəricilərinə əsasən, şəxsin üz quruluşunun və yaxud göz rənginin dəyişdirilməsi onun kimliyini müəyyən etməkdə maneə yaratmır.

Yəni plastik və estetik əməliyyatlardan sonra şəxsiyyəti təsdiq edən əsas sənəd və ümumvətəndaş pasportunu dəyişməyə ehtiyac yoxdur.

***

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən “Yeni Sabah”a plastik əməliyyatla bağlı ümumvətəndaş pasportunun dəyişdirilməsi tələbinin mövcud olub-olmadığına dair müraciətə cavab olaraq bildirilib ki, belə bir prosedura ehtiyac yoxdur.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Novruz
    Bu cur hallar tessufler olsun ki, yaranir bezen buda bezi xidmet aparan sexslerin yetersiz biliklere sahib olmamasindan ireli gelir. Biometrik sekil ! Bunu emekdaslara izah etmek lazimdir. Mahiyyetini anlatmaq lazimdir
    1 year ago