“Burun əməliyyatı etdirmişəm, oxuyuram axı!“ - Mənzurə

saytların hazırlanması

Evə çatdırılma

“Burun əməliyyatı etdirmişəm, oxuyuram axı!“ - Mənzurə

Şou

10 Avqust 2022 14:35 865


"Müğənnilik xərcləri çox olan sənətdir. Sənətdə ilk addımlayanda bu xərclər daha çox olur. Allah mənə güc verib, onların öhdəsindən gəlmişəm. Heç kimə ehtiyacım olmayıb ki, kimsə mənə nəsə alsın. Mən belə olmuşam. Nə var min şükür. Allah mənə hər şeyi nəsib edib. 15 yaşımdan toylara getmişəm, heç bilməmişəm illəri necə gəlib keçib".

Yenisabah.az moderator-a açıqlamasında tanınmış müğənni Mənzurə Musayeva deyib.

O daha sonra ailə həyatı ilə bağlı sualı cavablayıb: Dominos pizza

"Mənə çox sual verirlər ki, "Niyə ailə həyatı qurmursuz?" Ailəni bir dəfə qurarlar. Bir dəfə gətirdi, gətirdi, gətirmədisə o da Allahın işidir. Allah bu tərəfdən verir, ordan alır. Qismətə, alın yazısına inanıram" deyə sənətçi bildirib.

Mənzurə Musayeva, həmçinin plastik əməliyyatlara da münasibət bildirib:

"Bəzən instaqramda yazırlar ki, üzünüzdə əməliyyat etdirmisiz? Mən hələ bu yaşıma qədər üzümdə heç bir əməliyyat etdirməmişəm. Kosmetoloq dostlarım var, bəzən çağırırlar, üzümün bəzi nahiyələrində prosedurlar həyata keçirirlər. Üzümdə əməliyyat keçirməkdən qorxuram. Edərəm, edərəm, pis günə düşərəm.

Bu mənə lazımdır? Sadəcə burnum bir neçə dəfə əməliyyat olunub, əslində burnum böyük deyildi, sadəcə olaraq nəfəs almaqda çətinlik çəkirdim. Məcbur olub burun əməliyyatı etdirmişəm. Oxuyuram axı! İndi yaxşı nəfəs ala bilirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!