Bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın - Milli Məclis  

saytların hazırlanması

Evə çatdırılma

Bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın - Milli Məclis  

Siyasət

18 Yanvar 2024 11:24 451


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar hökumətə çağırış edərək, bu ölkə ilə iqtisadi əlaqələrin dayandırlmasını təklif edib. 

Axar.az xəbər verir ki, komitə Fransaya qarşı sanksiyaların tətbiq edilməsini vacib sayıb. 

Bundan başqa, deputatlar Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulmasını istəyirlər.  Dominos pizza

Təkliflər sırasında “Total” şirkəti də daxil olmaqla bütün fransız kompaniyaların Azərbaycandan çıxarılması, Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi məsələsi var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!