Bütün sərhədlər və qırmızı xətlər dağılıb - Siyasi təhlilçi

saytların hazırlanması

Evə çatdırılma

Bütün sərhədlər və qırmızı xətlər dağılıb - Siyasi təhlilçi

Dünya

31 İyul 2024 18:55 597


Qəzzada dağıdıcı müharibədə bütün sərhədlər və qırmızı xətlər dağılıb.

Yenisabah.az xəbər verir ki, bunu X platformasındakı hesabında iranlı siyasi təhlilçi Əhməd Zeydabadi yazıb.

O, HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə dair qeydində vurğulayıb: Pepperoni pizza

"Göründüyü kimi, Qəzzada dağıdıcı müharibədə bütün sərhədlər və qırmızı xətlər dağılıb. Qırmızı xətti olmayan dünyada insan həyatı üçün heç bir təhlükəsizlik səviyyəsi nəzərdə tutula bilməz.

Tehranda HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsi həm çox alçaq, həm qəddar bir hərəkət, həm də son dərəcə təhlükəli bir hadisədir.

Bu sui-qəsdin yaratdığı sarsıntı aradan qaldırılmayana qədər hadisənin ölçülərini düzgün və dəqiq təhlil etmək mümkün deyil".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!