“Cartoon Network” bağlanır?

saytların hazırlanması

Evə çatdırılma

“Cartoon Network” bağlanır?

Şou

15 Oktyabr 2022 13:58 2146


Sosial şəbəkələrdə məşhur cizgi film kanalı olan “Cartoon Network”un qapanması ilə bağlı şayiələr yayılıb.

Yenisabah.az xəbər verir ki, bundan əvvvəl “Warner Bros”un müxtəlif studiyalarında işçilərin kütləvi işdən çıxarılıb. Sonra əyləncə nəhəngi “Cartoon Network Studios”un “Warner Bros Animation” ilə birləşdiriləcəyinə dair xəbərlər sürətlə yayılıb. "Cartoon Network" artıq müstəqil studiya kimi fəaliyyət göstərməyəcəyi iddia olunub.

Qısa müddət sonra kanalı 30-cu ilini qeyd etdiyini bildirərək bu iddiaları təkzib edib: “Pərəstişkarlarımıza: Biz heç bir yerə getmirik. Biz sevimli, innovativ cizgi filmləri üçün hər zaman eviniz olmuşuq və olmağa davam edəcəyik”. pizza mizza

Qeyd edək ki, “Cartoon Network”, “Warner Bros”a məxsus Amerika kabel televiziyası kanalıdır. Kanalı Ted Terner təsis edilib və 1992-ci ildə o, istifadəyə verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!