Cavid Qurbanov üçün özəl gün

saytların hazırlanması

Evə çatdırılma

Cavid Qurbanov üçün özəl gün

Sosial

19 Sentyabr 2020 11:48 2512


Bu gün millət vəkili, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun doğum günüdür.

“Yeni Sabah” xəbər verir ki, onun 62 yaşı tamam olur. C. Qurbanov 19 sentyabr 1958-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub.

1997-2001-ci illərdə "Azərdəmiryolservis" İstehsalat Birliyində rəis, 2003-cü ildən "Yolnəqliyyatservis" Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi "Yolnəqliyyatservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi olub. 2007-ci ilin fevral ayından "Yolnəqliyyatservis" Departamentinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, "Azəryolservis" ASC-nin sədri vəzifəsini tutub. 9 fevral 2015-ci ildən bu günə qədər "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədridir. Sezar pizza

123 saylı Kəlbəcər Seçki Dairəsindən III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib və Milli Məclisin İqtisadi Siyasət daimi Komitəsinin üzvüdür.

O həmçinin Azərbaycan Voleybol Federasiyasının prezidentidir.

İki övladı olan C. Qurbanovun ilk həyat yoldaşı ağır xəstəlikdən vaxtsız vəfat edib. Aşıq Qurban Ağdabanlının nəticəsidir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!