Çavuşoğlu: “Ankara üçün danışıqların yeri yox, faktın özü önəmlidir“

saytların hazırlanması

Evə çatdırılma

Çavuşoğlu: “Ankara üçün danışıqların yeri yox, faktın özü önəmlidir“

Dünya

10 Mart 2022 16:10 450


"Rusiya ilə Ukraynanın bir görüşündən möcüzə gözləmək olmazdı".

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə XİN-in rəhbəri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Lavrov və Kuleba arasında görüş asan olmayıb. "Amma mədəni idi, heç bir gərginlik yox idi. Rusiya və Ukrayna zirvə görüşünün prinsipcə əleyhinə deyil. Türkiyə bütün məsələlərin Lavrov-Kuleba görüşü ilə həll olunacağını gözləmirdi". Toyuqlu pizza

Çavuşoğlu vurğulayıb ki, Türkiyə Rusiya və Ukrayna arasında növbəti görüşə ev sahibliyi etməyə hazırdır.

"Ukrayna Rusiya ilə Türkiyədə danışıqlar aparmaq istəyirdi, Ankara üçün danışıqların yeri yox, faktın özü önəmlidir", - deyə Çavuşoğlu qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!