Çavuşoğlu: “Bu, Rusiyanın qərarından asılıdır“

saytların hazırlanması

Evə çatdırılma

Çavuşoğlu: “Bu, Rusiyanın qərarından asılıdır“

Dünya

04 İyul 2022 15:08 783


"Ukraynanın Qara dəniz limanlarından taxıl ixracı üçün dəhlizin işə salınması böyük ölçüdə Rusiyanın qərarından asılıdır".

Yenisabah.az NTV telekanalına istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O deyib: “BMT-nin bunun üçün obyektiv və yaxşı planı var. O həm Rusiyanın, həm də Ukraynanın ixrac ehtiyaclarını təmin edir. Plan baş tutsa, Ukrayna taxılını beynəlxalq miqyasda ixrac edə biləcək. Ərazi minalardan təmizlənmədən təhlükəsiz xətlərin yaradılması mümkün deyil”. Marqarita pizza

Türk diplomatın sözlərinə görə, hazırda ərzaq qiymətləri qalxır, bu baxımdan Türkiyə taxıl probleminin həm Ukraynanın, həm də Rusiyanın maraqlarına uyğun həllini istəyir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!