Çavuşoğlu İspaniyaya səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

Çavuşoğlu İspaniyaya səfər edəcək

Siyasət

06 Yanvar 2021 19:58 959


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 8-də İspaniyaya səfər edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumatda bildirilib.

Qeyd olunub ki, M.Çavuşoğlu səfər çərçivəsində Türkiyə-Avropa İttifaqı əlaqələrilə yanaşı, gündəmdə olan məsələlər, eləcə də regional və beynəlxalq mövzularla bağlı müzakirələr aparacaq. Marqarita pizza

Bundan başqa, Türkiyə-İspaniya Hökumətlərarası 7-ci toplantının hazırlıqları ilə əlaqədar M.Çavuşoğlunun həmkarı ilə fikir mübadiləsi aparacağı da gözlənilir.

Qeyd edək ki, səfər İspaniyanın xarici işlər nazirinin dəvətilə baş tutacaq.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!