Çavuşoğlu xüsusi elçilərin növbəti görüşündən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Çavuşoğlu xüsusi elçilərin növbəti görüşündən danışdı

Dünya

20 Yanvar 2022 14:40 581


"Növbəti görüşdə Ermənistan və Türkiyənin xüsusi nümayəndələri qarşılıqlı etimadın artırılması istiqamətində addımları müzakirə edəcəklər".

Yenisabah.az TRT-yə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“İlk iclasda prosesin başlanmasının məqsəd və vəzifələri müzakirə olunub. Əsas məqsəd tam normallaşmadır. Ermənilər də bundan çox sevinirlər. Bununla belə, növbəti görüşdə uçuşların başlanması və xüsusi nümayəndələrin təyin edilməsi ilə yanaşı, münasibətlərin tam normallaşdırılması məsələsi də işləniləcək və qarşılıqlı etimadın artırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq”, - deyə Çavuşoğlu qeyd edib. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!