Cəbrayılda xəstəxana işçisi həbs edildi: 17 minlik dələduzluq

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayılda xəstəxana işçisi həbs edildi: 17 minlik dələduzluq

Kriminal

19 Yanvar 2025 17:40 358


Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının "baş təsərrüfat qardaşı" vəzifəsində işləmiş şəxs dələduzluğa görə həbs edilib.

Yenisabah.az Musavat.com-a istinadən xəbər verir ki, o, bir neçə nəfəri işə düzəldəcəyi vədi ilə aldadıb.

Qeyd olunur ki, o, vəd verdiyi şəxslərdən ümumilikdə 17 min manat pul alıb. Marqarita pizza

Xəlil A. bu əməllərini 2023-cü ildən törətməyə başlayıb. Pul aldığı şəxsləri xadimə, gözətçi, qeydiyyatçı işinə düzəldəcəyini vəd edib. Xadimə işinə görə 8 min manat, gözətçi işinə görə 4 min manat, qeydiyyatçı işinə görə isə 5 min manat pul alıb. O, aldığı pulları xəstəxananın direktoruna verəcəyini deyib. Amma vədinə əməl etmədiyinə görə zərərçəkmiş şəxslər narazılıq edib. Onlar xəstəxananın direktoru Anar Zamanovun yanına gedərək şikayət ediblər. Anar Zamanov Xəlilin yalan danışdığını deyib.

Zərərçəkmişlərin şikayətindən sonra Xəlil A. həbs edilib. O, zərərçəkmişlərə vurduğu ziyanı ödəməyib. Məhkəmə onun barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Xatırladaq ki, bu işdə adı keçən direktor Anar Zamanov başqa cinayət əməlinə görə məsuliyyətə cəlb edilib. O, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkim-nevroloqu Kifayət Hacıyeva ilə birlikdə rüşvət almaqda təqsirləndirilərək hakim qarşısına çıxarılmışdı. Onlar əlillik dərəcələri təyin etdirmək üçün vətəndaşlardan rüşvət almaqda təqsirli bilinirdilər. Məhkəmə onlar barəsində şərti cəza təyin edib.

Onu da qeyd edək ki, adı çəkilən xəstəxanada bu kimi hallar tez-tez təkrarlanır. 2016-cı ildə də həkim-pediatr Eldar Məmmədov vətəndaşlardan külli miqdarda pul alaraq onlara əlillik dərəcəsi düzəldəcəyini vəd edərək dələduzluq etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    ƏGƏR RÜŞVƏT ALIB- VERMƏNİN KƏSİLMƏSƏ , İNSANLAR ALDANMAZLAR. DEMƏLİ BELƏ ŞƏRƏFSİZ MƏMURLAR OLDUQCA BU CÜR EYBƏCƏR HALLAR DA DAVAM EDƏCƏK. BELƏ. ÇIXIR Kİ XƏLİLİN ÖZÜ DƏ RÜŞVƏT VERİB İŞƏ DÜZƏLİB. RÜŞVƏT VERMƏYƏN HEÇ VAXT RÜŞVƏT ALMAZ.
    1 year ago