Çeçen döyüşçülər yenidən Ukraynaya qayıtdı 

saytların hazırlanması

Evə çatdırılma

Çeçen döyüşçülər yenidən Ukraynaya qayıtdı 

Dünya

12 Sentyabr 2022 14:17 917


Çeçenistandan olan bölmələrə rəhbərlik edən Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov Ukraynada xüsusi hərbi əməliyyatın tapşırıqlarını yerinə yetirməyə başlayıb.

Yenisabah.az xəbər verir ki, bunu bazar ertəsi, sentyabrın 12-də Çeçenistanın başçısı Ramzan Kadırov özünün Telegram kanalında yazıb.

“Ukraynalı faşistlər tərəfindən işğal olunmuş Mariupol, Severodonetsk, Lisiçansk, Popasna və digər şəhərlərin azad edilməsindən sonra elit döyüşçülər Ali Baş Komandanın verdiyi məzuniyyətə çıxıblar və indi yeni qüvvə ilə cəbhə xəttinə qayıdıblar”, - deyə çeçen lider bildirib. pizza hut

Sentyabrın 10-da məlum olub ki, rus bölmələri Xarkov vilayətinin İzyum şəhərini tərk etməli olub. Bundan sonra Kadırov yaxın vaxtlarda xüsusi hərbi əməliyyat keçirmək taktikasının dəyişmədiyi təqdirdə Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyquya və ölkə prezidenti Vladimir Putinə müraciət edəcəyinə söz verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!