Cəlilabadda ağır yol qəzası: ölən var

Cəlilabadda ağır yol qəzası: ölən var

Kriminal Veb saytların hazırlanması

18 Sentyabr 2023 07:48 364


Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində ağır yol qəzası baş verib.

“Yeni Sabah” Report-a istinadən xəbər verir ki, "VAZ 2107" və "Mitsubishi" markalı minik avtomobilləri toqquşub.

"VAZ 2107" bundan sonra elektrik dirəyinə çırpılaraq, iki yerə bölünüb. Qəza nəticəsində avtomobilin sürücüsü, rayonun Maşlıq kənd sakini, Adıgözəlov Elbəyi Telman oğlu hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!