Cəlilabadda bacısını öldürməkdə şübhəli bilinən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda bacısını öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Kriminal

20 May 2023 20:56 1092


Cəlilabadda bacısını öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Yenisabah.az xəbər verir ki, bu barədə Cəlilabad rayon prokurorluğundan bildirilib.

Mayın 16-sı Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Rəqsanə Şahbazovanın yaşadığı evdə intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. pizza sifarişi

Aparılmış araşdırmalarla 2006-cı il təvəllüdlü Məhəmməd Şahbazovun qeyd olunan tarixdə bacısı Rəqsanə Şahbazovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, Məhəmməd Şahbazov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!