Cəlilabadda iki avtomobil TOQQUŞDU: Ölən və xəsarət alanlar var   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda iki avtomobil TOQQUŞDU: Ölən və xəsarət alanlar var - Foto

Hadisə

29 İyun 2022 15:56 769


Cəlilabadda ağır avtomobil qəzası baş verib. 

“Report”un məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı “Hyundai Santa Fe” markalı minik avtomobili ilə VAZ-2107 markalı minik avtomobili toqquşub. pizza mizza

Nəticədə avtomobillərin sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bir nəfər sərnişin isə hadisə yerində ölüb.

Yaralılar rayon xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!