Cəlilabadda narkokuryerlərdə 13 kq narkotik vasitələr aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda narkokuryerlərdə 13 kq narkotik vasitələr aşkarlandı

Kriminal

02 Sentyabr 2023 09:01 549


Cəlilabadda saxlanılan narkokuryerlərdə 13 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr aşkarlanıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, araşdırmalarla onların həmin narkotik vasitələri satışının təşkil olunmasından ötrü paytaxt ərazisinə gətirmək tapşırığı aldıqları müəyyən edilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini Bəhruz Hüseynov və Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Cavid Bayramov saxlanılıblar. Pepperoni pizza

Cəlilabad şəhəri ərazisində saxlanılan həmin şəxslərdən 5 kiloqram 300 qram heroin, 8 kiloqram 300 qram marixuana, əlavə olaraq metamfetamin və 100 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Araşdırma zamanı B.Hüseynov və C.Bayramovun şəxsiyyəti istintaqla araşdırılan İranda yaşayan narkotacir tərəfindən narkokurerliyə cəlb edildikləri müəyyən edilib.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!