Cəlilabadda şagird məktəb yoldaşı tərəfindən bıçaqlanıb

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda şagird məktəb yoldaşı tərəfindən bıçaqlanıb

Kriminal

11 Fevral 2024 09:08 552


Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, İqtisadiyyat.az-ın məlumatına görə, hadisə Cəlilabad şəhəri Vaqif küçəsində qeydə alınıb. 

Belə ki, təcili tibbi yardım briqadasına küçədə yıxılıb qalan şəxs haqqında məlumat verilib. pizza hut

Təcili tibbi yardım avtomobili ilə yeniyetmə 2008-cı il təvəllüdlü H.B ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.

Onun qarın boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yarası və kürək nahiyəsindən kəsilmiş deşilmiş yarası xəsarətləri aldığı məlum olub. 

Aparılan araşdırmalarla həmin xəsarətlərin ona Cəlilabad şəhəri ərazisində digər bir məktəbli tərəfindən yetirildiyi müəyyən edilib.

Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü digər bir məktəbli müəyyən edilərək saxlanılıb. 

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məktəblilərin Cəlilabad şəhər 4 saylı tam orta məktəbinin 9-cu sinfinin paralel şagirdləri olduğu bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!