Cənubi Koreya NATO-da təmsilçilik açır

saytların hazırlanması

Evə çatdırılma

Cənubi Koreya NATO-da təmsilçilik açır

Dünya

22 İyun 2022 13:22 799


Koreya Respublikası NATO yanında nümayəndəliyini yaratmaq qərarına gəlib.

Yenisabah.az “Yonhap”a istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin ofisi məlumat yayıb.

NATO nümayəndə heyətinə Cənubi Koreyanın Belçikadakı səfiri başçılıq edəcək. O həm də Seulun Aİ-dəki nümayəndəsi kimi fəaliyyət göstərəcək. pizza hut

Bundan əlavə, NATO-nun Madriddə keçiriləcək Sammitinin platformalarında ABŞ, Koreya Respublikası və Yaponiya liderlərinin üçtərəfli görüşünün keçirilməsi mümkündür.

NATO sammiti iyunun 28-dən 30-dək İspaniyanın paytaxtında keçiriləcək. Toplantıya 40-dan çox beynəlxalq lider gələcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!