Cənubi Osetiyada ara qarışdı: Ruslar Gürcüstan vətəndaşını öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Cənubi Osetiyada ara qarışdı: Ruslar Gürcüstan vətəndaşını öldürdü

Dünya

07 Noyabr 2023 01:53 956


Cənubi Osetiyada Gürcüstan vətəndaşı Rusiya hərbçiləri tərəfindən qətlə yetirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

Hadisə Rusiya işğalı altındakı Cənubi Osetiya bölgəsinin Qori vilayətinin Kirbali kəndi ilə həmsərhəd hissəsində baş verib. Dominos pizza

Məlumatda bildirilir ki, Rusiya hərbçiləri noyabrın 6-da yerli sakini qanunsuz olaraq saxlamağa çalışan atəş açaraq onu qətlə yetirib.

Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib ki, hadisə həmin ərazidə təhlükəsizliyin nə qədər mürəkkəb olduğundan xəbər verir.

O, insidentlə bağlı bütün aidiyəti mexanizmlərin işə salındığını, Gürcüstanın beynəlxalq tərəfdaşlarının faktla bağlı məlumatlandırıldığını vurğulayıb 

Qaribaşvili beynəlxalq ictimaiyyəti insidentə lazımi qiymət və reaksiya verməyə çağırıb. Gürcüstan Prezidenti Salome Zurabişvili də insidentə görə beynəxlalq ictimaiyyəti Rusiyanı qınamağa çağırıb.

Avropa İttifaqının Monitorinq Missiyası (EUMM) Gürcüstan vətəndaşının qətlə yetirilməsini təsdiqləyib./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!