Cənubi Qafqazdakı vəziyyət Vaşinqtonda müzakirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Cənubi Qafqazdakı vəziyyət Vaşinqtonda müzakirə olundu

Dünya

16 Sentyabr 2022 09:53 893


Vaşinqtonda ABŞ-Türkiyə Strateji Çərçivə Dialoqunun üçüncü iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, iclasa ABŞ dövlət katibinin müavini Vendi Şerman və Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal sədrlik edib.

Dövlət Departamentinin məlumatına görə, dialoqda ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland da iştirak edib. Pepperoni pizza

Hər iki tərəf sülh və sabitliyin təşviqinə, ABŞ və Türkiyə arasında güclü müdafiə tərəfdaşlığının daha da dərinləşdirilməsinə və möhkəmləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər. Onlar ikitərəfli ticarət əlaqələrinin son zamanlar artımını alqışladılar və bütün mümkün sahələrdə iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə qarşılıqlı əzmlərini bir daha təsdiq etdilər.

Tərəflər regionda baş verən siyasi prosesləri müzakirə edib, transatlantik əlaqələrin gücləndirilməsinin vacibliyi ilə bağlı məsləhətləşmələr aparıblar. Onlar terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizənin zəruriliyini vurğulayıblar.

Nümayəndə heyətləri Ukraynanın suverenliyi və ərazi bütövlüyünü sarsılmaz dəstəklədiklərini bir daha təsdiqləyiblər və NATO-nun fəaliyyətinin gələcək əlaqələndirilməsi yollarını müzakirə ediblər. Birləşmiş Ştatlar Türkiyənin İstanbul taxıl müqaviləsinə vasitəçilik etmək səylərini alqışlayıb.

Hər iki nümayəndə heyəti dünyanın müxtəlif yerlərində, o cümlədən Yaxın Şərq və Afrikada mümkün əməkdaşlıq sahələrini nəzərdən keçirib və Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

Hər iki tərəf bu və digər məsələlər üzrə fəal və səmimi fikir mübadiləsinin davam etdirilməsini alqışladılar və gələcəkdə də yüksək səviyyəli səfər mübadiləsinin davam etdirilməsi barədə razılığa gəliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!