Çexiya ruslara və belaruslara viza verməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Çexiya ruslara və belaruslara viza verməyəcək

Dünya

23 İyun 2022 12:19 768


Çexiya 2023-cü ilin mart ayının sonuna qədər ruslara və belaruslara viza və yaşayış sertifikatı verməyəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə Çexiya Milli Mətbuat və İnformasiya Agentliyinin xəbər portalı məlumat yayıb.

Onların fikrincə, bu addım Çexiyanın xarici siyasət maraqlarını qorumaq və təhlükəsizliyi təmin etmək məqsədi daşıyır. Tədbirin əsas məqsədi isə Moskvanın Ukraynadakı hərəkətlərini dəstəkləyən Rusiya və Belarusa hərbi əməliyyatı dayandırmaq üçün təzyiq göstərməkdir. pizza mizza

Humanitar vizaların istisna olduğu bildirilir. Bundan əlavə, qərar artıq yaşayış icazəsi olan və onun müddətini uzatmaq istəyən rus və belaruslara, habelə Çexiyada yaşamaq icazəsi olan əcnəbilərin ailə üzvlərinə şamil edilmir.

Xatırladaq ki, fevralın 24-də Çexiyanın Rusiya vətəndaşlarına viza verilməsini dayandırması, həmçinin, Rusiyanın Karlovı Varı və Brnodakı konsulluqlarının iş icazələrinin ləğv edilməsi, eləcə də Sankt-Peterburq və Yekaterinburqdakı konsulluqların müvəqqəti bağlanması barədə qərar qəbul olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!