Ceyhun Bayramov İndoneziyada təyyarə qəzası ilə bağlı başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov İndoneziyada təyyarə qəzası ilə bağlı başsağlığı verdi

Siyasət

09 Yanvar 2021 21:39 972


Xarici işlər naziri Ceyhun Bayramov "Twitter" hesabında İndoneziyada sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı paylaşım edib. 

Yenisabah.az xəbər verir ki, paylaşımda deyilir:

"Cakartanın yaxınlığında baş verən faciəvi təyyarə qəzası ilə bağlı xəbərlər məni çox kədərləndirdi. Bu faciəvi təyyarə qəzasında yaxınlarını itirən ailələrə başsağlığı diləyirik. Dəstəyimiz və həmrəyliyimiz qardaş İndoneziya xalqıyladır". Dominos pizza

Qeyd edək ki, bu gün İndoneziyada sərnişin təyyarəsi Cakarta yaxınlığında Yava dənizinə düşüb. Təyyarənin göyərtəsində 50-dən çox sərnişinin olduğu qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!