Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü - Foto

Siyasət

09 Dekabr 2020 20:25 706


Dekabrın 9-da İrana rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Görüş zamanı nazirlər bölgədəki cari vəziyyəti, xüsusilə də 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra mövcud vəziyyəti müzakirə ediblər.

Nazir Ceyhun Bayramov qarşı tərəfə Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən Müharibəsi ilə bağlı ətraflı məlumat verib. Dördpendirli pizza

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif işğal olunmuş ərazilərin azad olunmasını alqışlayıb.

Tərəflər, mehriban qonşuluq çərçivəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardılar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!