Martın 6-da Xarici İşlər naziri Ceyhun Bayramovun özbəkistanlı həmkarı Əbdüləziz Kamilov ilə telefon söhbəti baş tutub.
Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən ikitərəfli münasibətlərin inkişafı üzrə fikir mübadiləsi aparıblar. pizza sifarişi
Tərəflər, həmçinin bölgədə mövcud olan cari vəziyyət, münaqişə sonrası yaranmış əməkdaşlıq imkanları və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Telegram kanalımız