Ceyhun Bayramov Polşa xarici işlər naziri ilə telefonla danışdı

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Polşa xarici işlər naziri ilə telefonla danışdı

Siyasət

11 Mart 2021 18:39 709


Xarici İşlər naziri Ceyhun Bayramovun Polşa Xarici İşlər naziri Zbiqnyev Rau ilə telefon söhbəti baş tutub.

Yenisabah.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov bölgədə mövcud olan vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər, o cümlədən ölkəmiz tərəfindən bu istiqamətdə görülən işlər barədə polşalı həmkarına məlumat verib. pizza sifarişi

Nazir Ceyhun Bayramov işğaldan azad olunan ərazilərdə çoxsaylı minaların olmasına və beləliklə də gündəlik əsasda insanların həyatına birbaşa təhdid təşkil etdiyinə diqqəti cəlb edərək, Ermənistan tərəfinin bu günədək mina xəritələrini Azərbaycana verməkdən imtina etdiyini vurğulayıb.

Polşa naziri Zbiqnyev Rau öz tərəfindən üçtərəfli bəyanatların icra edilməsi, ölkələr arasında münasibətlərin normalaşması və bu xüsusda, beynəlxalq qurumların rolunun əhəmiyyətini qeyd edib.

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən siyasi dialoqun uğurla davam etdirilməsi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, bu xüsusda, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti, habelə parlament xətti də daxil olmaqla, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı tərəflər digər qarşılıqlı maraq doğuran məsələləri də müzakirə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!