Ceyhun Bayramov və İsveç Krallığının xarici işlər naziri Ann Linde arasında görüş olub

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov və İsveç Krallığının xarici işlər naziri Ann Linde arasında görüş olub

Siyasət

22 Dekabr 2020 20:49 708


Bu ilin 22 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İsveç Krallığının xarici işlər naziri Ann Linde arasında video konfrans formatında görüş baş tutub.

XİN-in Mətbuat Xidməti idarəsindən Yenisabah.az-a verilən məlumata görə, görüşdə bölgədə mövcud olan son vəziyyət və 10 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn bir-sıra məsələlərin icrası ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər, 2021-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) İsveçin sədrliyini nəzərə alaraq, ATƏT-lə Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. pizza

Görüşdə, habelə ikitərəfli əməkdaşlıq münasibətləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ərtafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!