Ceyhun Bayramovla Britaniyanın dövlət naziri arasında telefon danışığı olub

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramovla Britaniyanın dövlət naziri arasında telefon danışığı olub

Siyasət

16 Dekabr 2020 20:39 679


Dekabrın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton arasında telefon danışığı baş tutub.

XİN-dən Yenisabah.az-a verilən məlumata görə, nazirlər bölgədəki cari vəziyyət, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin iqlim dəyişikliyi və atmosferə buraxılan zərərli maddələrin azaldılması mövzusu, bu xüsusda BMT çərçivəsində təşəbbüslərin dəstəklənməsi, eləcə də enerji sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!