Ceyms Bondun avtomobilləri hərraca çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Ceyms Bondun avtomobilləri hərraca çıxarıldı

Dünya

23 İyun 2022 07:53 982


Britaniyanın “Bonhams” özəl hərrac evi xəfiyyə 007-nin “Spektr” (Spectre, 2015) və “Ölmək üçün vaxt yoxdur” (No Time to Die, 2021) filmlərində idarə etdiyi avtomobilləri satışa çıxarıb.

Ceyms Bondun “Land Rover Defender SVX” və “Aston Martin DBS Superleggera” avtomobilləri maşın həvəskarlarının ixtiyarına verilib.

Hərrac evindən verilə məlumata görə, “Aston Martin”in ilkin qiyməti 250 000 funt sterlinqdir (307 000 dollar). İkinci nəqliyyat vasitəsinin ilkin satış qiyməti isə açıqlanmır. Ticarət evinin nümayəndələri iki avtomobilin satışından toplam ən azı 400-500 min funt-sterlinq (492-615 min dollar) əldə etməyi proqnozlaşdırırlar. pizza hut

Avtomobillər 23-26 iyun tarixlərində baş tutacaq ənənəvi Qudvud Sürət Festivalı zamanı öz yeni sahiblərini tapacaqlar. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!