“Cəzalar sərtləşdirilməlidir” - Hüquqşünasdan vacib   ÇAĞIRIŞ

saytların hazırlanması

Evə çatdırılma

“Cəzalar sərtləşdirilməlidir” - Hüquqşünasdan vacib ÇAĞIRIŞ

Kriminal

26 Yanvar 2024 22:12 1270


2023-cü ildə cinayətkarlığın dinamikasında cüzi artım müşahidə olunub. Ən çox rast gəlinən cinayət isə oğurluqdur.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan hüquqşünas Şəmsəddin Əliyev bildirir ki, oğurluq cinayəti sosial problemlərdən qaynaqlanır:

“Bütün dünyada cinayətləri doğuran səbəblər eynidir. İnsan sosial varlıqdır. Cinayətləri törətmək üçün yaranan faktorlar da sosial səbəblərdən irəli gəlir. Maddi çətinliklər, işsizlik, sosial həyatda baş qaldıran problemlər insanları bu kimi hallara sövq edir. Öncədən bu kimi hadisələrin qarşısını almaq mümkün olmur. Çünki artıq bu addımı atmaq istəyən şəxslər həmin əməli törətmək üçün öz təfəkkürlərində fikir formalaşdırmağa başlayırlar. Sosial varlıq olan insanlar mövcud olduğu müddətdə belə cinayətlər həmişə olacaqdır. Bu kimi hadisələrin qarşısını almaq qeyri-mümkündür”. pizza sifarişi

Ekspert bildirir ki, oğurluq hallarını azaltmaq üçün maarifləndirici addımları gücləndirmək, cəzaları sərtləşdirmək lazımdır:

“Oğurluq cinayəti xarici ölkələrdə daha çox baş verir. Bunu nəzərə alanda Azərbaycanda olan oğurluqların sayı və bu cinayətlərin artımı o qədər də böyük bir rəqəm olaraq qəbul edilmir. Ancaq burada əsas və təəssüfləndirici məqam oğurluq hallarının qəsdən törədilməsidir. Bu cinayətin elə bir növüdür ki, bu hal ehtiyatsızlıqdan baş vermir. Hətta elə oğrular var ki, həbsdə olarkən belə azadlıqda olan dostlarına bir sıra ev ünvanları tövsiyyə edir ki, bu yer bizim nəzərimizdən yayınıb, siz gedin. Bu isə olduqca dəhşətli haldır. Belə cinayətlərin kökündə sosial problemlər dayanır. Ancaq hər nə olsa da, insan bu yola əl atmamalıdır. Hesab edirəm ki, oğurluq cinayətlərinin qarşısını almaq üçün cəza tədbirləri sərtləşdirilməlidir. Yalnız bunun sayəsində həmin hadisələrin sayını azaltmaq və ədaləti bərpa etmək mümkündür”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!