CHP-li mer sosial şəbəkə istifadəçilərindən şikayət verdi

saytların hazırlanması

Evə çatdırılma

CHP-li mer sosial şəbəkə istifadəçilərindən şikayət verdi

Dünya

28 Dekabr 2021 10:08 761


Türkiyənin Bolu şəhərinin irqçilikdə ittiham olunan bələdiyyə sədri 2000 sosial media istifadəçisinə qarşı cinayət işi açdırıb.

Yenisabah.az "Duvar"a istinadla xəbər verir ki, Tanju Özcan istifadəçiləri sosial şəbəkəpaylaşımlarında onu təhqir etməkdə ittiham edir.

Özcan bu ilin əvvəlində miqrantlara qarşı bir sıra ayrı-seçkilik qaydaları, o cümlədən qadağanedici kommunal ödənişlər tətbiq etdikdən sonra manşetlərə çıxıb. Tənqidçiləri onu irqçi adlandırdılar. Pepperoni pizza

Müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan bələdiyyə sədri əcnəbilər üçün nikah qeydiyyatı rüsumlarının 10 dəfə artırılmasını təklif edib. O, rəsmi şəkildə də bəyan edib ki, “əfqanlar türklərdən əsrlərlə geridədir”.

Eyni zamanda, Özcan sosial şəbəkələrdə onun haqqında yazılan bəzi ifadələrin "alçaldıcı və şərəfini təhqir edən" olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!