Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ - CIA) direktoru Uilyam Börns İsrailə gedib.
Yenisabah.az “The New York Times”a istinadla xəbər verir ki, o, rəhbərlik və ölkənin kəşfiyyat nümayəndələri ilə görüşəcək.
Səfərin məqsədlərindən biri Amerikanın regiondakı tərəfdaşları ilə kəşfiyyat əməkdaşlığına dair öhdəliklərini gücləndirməkdir. Toyuqlu pizza
MKİ direktoru İordaniya və bir sıra başqa ölkələrə də səfər edəcək. Əvvəllər ABŞ-ın Əmmanda səfir vəzifəsində çalışmış Börnsün İordaniya kralı II Abdullahla yaxşı münasibətləri var.
ABŞ-ın dövlət katibi Antoni Blinken də hazırda regiona səfərdədir. O, artıq Fələstin prezidenti Mahmud Abbas və İraqın baş naziri Məhəmməd əl-Sudani ilə görüşüb.
Telegram kanalımız