“Çimərlik geyimində ziyarətgaha gəlmişdilər” - Xalq artisti

saytların hazırlanması

Evə çatdırılma

“Çimərlik geyimində ziyarətgaha gəlmişdilər” - Xalq artisti

Şou

12 May 2023 10:57 804


Xalq artisti Afaq Bəşirqızı "TikTok"-un canlı yayımında başına gələn hadisədən danışıb.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, ziyarətgaha yollanan sənətçi yaşadığı anları belə nəql edib:

“Bir dəfə ürəyim həddindən ziyadə sıxıldı. Dedim ki, durun, məni Mirmövsüm Ağanın ziyarətgahına aparın. Marqarita pizza

Çimərlik geyimində ziyarətgaha gəlmişdilər. Üstündən də şifon yaylıq bağlamışdı. Qışqırdılar, “Yaxşı, qışqırmayın”, - deyib, sinəsindəki yaylığı endirib, aşağı hissəyə bağladı. Dedim, bir sərt çıxış edin, onu qovun. Dedilər, çimərlikdən gəlirlər. Necə yəni sən gedirsən, kefini çəkirsən, sonra gəlirsən, ziyarətgaha Allaha dua etməyə?

Namaz qılırıq, elə olsun ki, əl-ayaq görünmür, ayağa corab geyinmək lazımdır, başında bir şey görünməməlidir. Bu, nə deməkdir? Biz nə vaxta qədər belə olacağıq?”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!