Çinin nüvə sınaqları keçirmək üçün Sincan-Uyğur Muxtar Bölgəsindəki obyektlərini genişləndirir.
Yenisabah.az “Nikkei”yə istinadla xəbər verir ki, mütəxəssislər Kaşqar düzünün cənub-şərqindəki Lobnor gölündən 450 kilometr aralıda yerləşən bölgədə peyk fotolarının təhlilini aparıb.
Fotoşəkillərə əsasən, ərazidəki dağın yamacında tunel qazılır. İşlərin xarakteri onların üfüqi istiqamətdə aparıldığını göstərir. Eyni yerdə elektrik ötürücü xətlər, partlayıcı materialların mümkün saxlanması üçün struktur və silah sınaq poliqonunun komanda mərkəzi tikilir. Mütəxəssislər iddia edirlər ki, silah sınağı meydançası hərbçilər tərəfindən ciddi mühafizə olunur. Yeni tunelin tikintisinə hazırlıq işlərinə 2020-ci ilin payızında başlandığı güman edilir. Dominos pizza
Qeyd edək ki, Çin Lobnor gölü regionunda ümumilikdə beş yeraltı nüvə sınağı keçirib.
Telegram kanalımız