Çində sel və torpaq sürüşməsi - İtkin düşənlər var 

saytların hazırlanması

Evə çatdırılma

Çində sel və torpaq sürüşməsi - İtkin düşənlər var 

Dünya

22 Aprel 2024 14:43 611


Çində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində ən azı 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb. 

Bakupost.az xəbər verir ki, Çinin cənub bölgələrində həftə sonundan bəri təsirli olan güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.

Quandun əyaləti başda olmaqla bir çox bölgəni vuran daşqın və torpaq sürüşmələri nəticəsində ən azı 6 nəfər xəsarət alıb. pizza hut

İtkin düşən Şaoquan şəhərində 6, Qingyuan şəhərində isə 5 nəfərin axtarışları davam edir.

Səlahiyyətlilərin verdiyi açıqlamada ölkənin cənubundakı Şaoquan, Quançjou, Heyuan, Zhaoqing, Qingyuan, Meizhou və Huizhou şəhərlərində yaşayan ən az 82 min 500 nəfərin təxliyə edildiyi, 36 binanın isə tamamilə dağıdıldığı, 48 binaya ciddi ziyan dəydiyi vurğulanıb.

Şiddətli yağışların təsirinə məruz qalan bölgələrə təxminən 19,4 milyon dollar ziyan dəydiyi bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!