Çingiz Əhmədovun oğlu: “Evimiz yoxdur“ - Video

saytların hazırlanması

Evə çatdırılma

Çingiz Əhmədovun oğlu: “Evimiz yoxdur“ - Video

Şou

19 Sentyabr 2022 16:15 1866


"Maaşımız və yaşayışımız göründüyü kimi yaxşı deyil. Problemlər həddən artıq çoxdur. Amma kənardan sözsüz ki, gözəldir hər şey".

Yenisabah.az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədovun aktyor oğlu İbrahim Çingiz qonaq olduğu "YouTube"da yayımlanan "Qırmızı" layihəsində deyib.

Xanım həmkarı Aydan Axundzadə ilə evli olan Səməd Vurğun adına Rus Dram teatrının aktyoru maddi problemlərinin olduğunu və hələ də həyat yoldaşı ilə kirayədə qaldığını açıqlayıb. pizza mizza

"Aktyordur, tanınır, sevilir, pul qazanır, yaşayır. Amma əslində bu, belə deyil. Hazırda mən evsizəm. Evim yoxdur. Maaş və pul məsələsi, aktyorların vəziyyəti Azərbaycanda budur. Bunun günahı isə bu işi görən bacarıqsız insanlardadır".

Sənətçi Aydanla ailə qurmazdan əvvəl onunla kəsdiyi şərti açıqlayıb:

"Bazara gedirik. Qiymətlər qalxıb deyə əziyyət çəkirik. Problemlərimizi həll edirik. Bir yerdə çəkilişə gedirik. Bəzən mən teatra gedirəm, o oturub məni gözləyir. Aydan yemək bişirə bilir. Mən Aydanla ailə quranda əsas məqamlardan biri onun yemək bişirməsi idi. Yemək hər zaman hazırdır və məni gözləyir".

Xatırladaq ki, bir il əvvəl ailə quran cütlük tezliklə övlad sahibi olacaq. Bu haqda isə İbrahim sözügedən layihədə deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!