Çingiz Qənizadəyə YAP-ın vəsiqəsi verildi

saytların hazırlanması

Evə çatdırılma

Çingiz Qənizadəyə YAP-ın vəsiqəsi verildi

Siyasət

17 Mart 2021 17:21 1052


Bu gün Yeni Azərbaycan Partiyasının üzvü Çingiz Qənizadəyə partiyanın vəsiqəsi təqdim edilib.

Yenisabah.az xəbər verir ki, YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadəyə partiyanın vəsiqəsini rəsmən təqdim edib.

Qeyd edək ki, Çingiz Qənizadə 44 günlük Vətən müharibəsi zamanı İlham Əliyevin Ali Baş Komandan və Prezident kimi qətiyyətini, uzaqgörən siyasi taktikalarını və nəhayət bir Sərkərdə kimi qürurverici keyfiyyətlərini bir daha gördükdən sonra YAP-a daxil olmaq istədiyini bildirərək, prezident İlham Əliyevə rəsmi müraciət edib. pizza mizza

Bundan sonra prosedur qaydalara uyğun iş başladılıb və ötən ay Çingiz Qənizadə partiya sıralarına qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!