Çinin ən yaşlı qadını öldü

saytların hazırlanması

Evə çatdırılma

Çinin ən yaşlı qadını öldü

Dünya

18 Dekabr 2021 12:43 725


Çinin ən yaşlı sakini Alimxan Seyçi 135 yaşında Kaşqarda vəfat edib.

Yenisabah.az xəbər verir ki, o, Sincan-Uyğur Muxtar Bölgəsindən idi.

Kaşqar hökumətinin məlumatına görə, Alimxan Seyçi 1886-cı il iyunun 25-də Kaşqar qəzasının Yenişar (Şüle) mahalının Kumuşərik kəndində doğulub. 2013-cü ildə o, Çin Gerontoloqlar və Geriatrlar Assosiasiyasının tərtib etdiyi ÇXR-in ən yaşlı sakinləri siyahısında birinci olub. pizza sifarişi

Nəvəsinin dediyinə görə, o, ölənə qədər kifayət qədər sadə həyat tərzi keçirib, mahnı oxumağı və həyətində qürubu seyr etməyi sevirdi. Həmişə şən olub, çox gülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!