Çinlə Rusiya arasında ticarət dövriyyəsi kəskin artdı

saytların hazırlanması

Evə çatdırılma

Çinlə Rusiya arasında ticarət dövriyyəsi kəskin artdı

Dünya

07 Sentyabr 2022 21:48 895


Cari ilin səkkiz ayında Çin və Rusiyanın ticarət dövriyyəsi 31,4 faiz artaraq 117,2 milyard dollara çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə sentyabrın 7-də Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb .

Departamentin saytında yerləşdirilən sənədə əsasən, yanvar-avqust aylarında Çinin Rusiya Federasiyasına ixracı 8,5 faiz artaraq 44,26 milyard dollar təşkil edib. Rusiyadan Çinə mal və xidmətlərin idxalı 50,7 faiz artaraq 72,95 milyard dollar olub. Təkcə avqust ayında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 19,21 milyard dollar təşkil edib. Çinin ixracı 7,99 milyard dollara, idxalı isə 11,21 milyard dollara çatıb. Dördpendirli pizza

Rusiya və Çin hökumətləri ikitərəfli ticarətin həcmini hər il 200 milyard dollara çatdırmağı qarşılarına məqsəd qoyublar. İyun ayında Rusiya xarici işlər nazirinin müavini İqor Morqulov bəyan etmişdi ki, Rusiya və Çinin illik ticarət dövriyyəsi göstərilən tarixdən tez, artıq 2022-ci ilin sonunda 200 milyard dollara çata bilər. 2021-ci ilin yekunlarına görə, ikitərəfli ticarətin həcmi 38,5 faiz artaraq 146,88 milyard dollara çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!