Çoban Xanışın şəhid nəvələri -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Çoban Xanışın şəhid nəvələri - Foto

Sosial

09 Dekabr 2020 16:39 1113


44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdı.

Yenisabah.az xəbər verir ki, onlar arasında bir vaxtlar ümummilli lider Heydər Əliyevlə şəxsi dostluğu ilə məşhur olan, lerikli "çoban Xanış" kimi tanınan mərhum Xanış Şahıyevin nəvələri Elgün və Altay qardaşları da var.

Müharibənin ilk günlərindən döyüşən qardaşlar, fəallıqları ilə seçiliblər. Müharibədə şücaətlik göstərək şəhid adını qardaşlardan ilk Elgün alıb. O sentyabrın 30-da Goranboy rayonunun Ağcakənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Elgün həm də İkinci Qarabağ müharibəsində Lerikin ilk şəhidi olub. pizza hut

Müddətdən artıq xidmət edən hərbi qulluqçu olan qardaşı, 20 yaşlı Altay qardaşının şəhid olduğunu eşitsə də, döyüş yoldaşlarını tək qoymamaq üçün Elgünün dəfnində iştirak etməyib.

Ona dəfn üçün məzuniyyət versələr də, o, bu təklifdən imtina edib.

Qardaşının ölümündən bir ay sonra, Altay özü də şəhidlik zirvəsinə ucalıb. O, Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Hər iki qardaş Lerikdə yan-yana dəfn olunublar. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!