Corc Floydun bacısı qızı güllələndi

saytların hazırlanması

Evə çatdırılma

Corc Floydun bacısı qızı güllələndi

Dünya

05 Yanvar 2022 12:29 733


Polis işğəncəsinin qurbanı kimi bütün dünyada tanınan qaradərili amerikalı Corc Floydun 4 yaşlı bacısı qızı Ariana Dilan yatağında güllələnib.

Yenisabah.az "New York Post"a istinadla xəbər verir ki, bu barədə Texas polisi məlumat yayıb.

Gllələr onun ağciyərini və qaraciyərini deşib və 3 qabırğasını sındırıb. Təcili əməliyyatdan sonra qızcığazın vəziyyəti sabitləşib. pizza

Ariana Hyustonda, gecə saat 3 radələrində mənzildə olan dörd böyük və iki azyaşlı uşaqdan biri olub.

Polisin verdiyi açıqlamada basqının motivinin bilinmədiyi qeyd olunub.

Ariana Dilan mərhum dayısının müdafiəsi üçün ailəsi ilə birlikdə tez-tez nümayişlərdə görünüb.

Xatırladaq ki, 46 yaşlı Corc Floydun öldürülməsi ilə bağlı videonun yayılması ABŞ-da irqçilik və polis zorakılığına qarşı etiraz dalğasına səbəb olub. Minneapolisin keçmiş polis zabiti Derek Şovin Floydu öldürdüyünə görə 20 ildən artıq həbs cəzasına məhkum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!