“Çörəyi ver çörəkçiyə“ məsəlinin əksi: Həmkarına atəş açdı

saytların hazırlanması

Evə çatdırılma

“Çörəyi ver çörəkçiyə“ məsəlinin əksi: Həmkarına atəş açdı

Hadisə

08 İyun 2022 17:54 1325


Antalyada çörəyi 4 lirəyə satan çörəkçi digər çörəkçinin dükanına basqın edib.

Yenisabah.az xəbər verir ki, o, çörəyi daha ucuz, 2 lirə 25 quruşa satan rəqibini müştərii oğurluğunda ittiham edib.

İ. A. adlı şəxs Osman Soylunun çörək dükanına gəlib. Avtomobilindən ov tüfəngini çıxaran İ.A. onu həmkarına tuşlayıb və atəş açıb. Pepperoni pizza

Həmin vaxt çörəkçinin 9 aylıq hamilə arvadı Funda Soylu və işçilər içəridə olub.

Bir müddət sonra İ. A. maşınına minərək hadisə yerindən uzaqlaşıb.

Xoşbəxtlikdən insidentdə xəsarət alan olmayıb.

Polis Soylu cütlüyünü dindirib və qısa zaman ərzində qaçan şübhəlini yaxalayıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!