Çovğun, sel, qarla bağlı XƏBƏRDARLIQ edildi -   Bu ərazilərdə

saytların hazırlanması

Evə çatdırılma

Çovğun, sel, qarla bağlı XƏBƏRDARLIQ edildi - Bu ərazilərdə

Sosial

26 Oktyabr 2024 10:32 2291


Türkiyənin bir sıra ərazilərinə qarla bağlı sarı kodlu xəbərdarlıq edilib.

Yenisabah.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Meteorologiya xidməti məlumat yayıb.

Bildirilib ki, Şərqi Qara dəniz bölgəsində leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, yüksək rayonlarda isə güclü sulu qar və qar yağacağı ilə əlaqədar Giresun, Trabzon, Rizə və Artvin üçün "sarı" xəbərdarlıq edilib. pizza

Qeyd olunub ki, yağış bu günün ilk saatlarından etibarən intensivləşəcək.

Həmçinin bölgənin sahilyanı rayonlarında leysan və tufan, Rizə və Artvin yüksəkliklərində (2000 metr və yuxarı) isə intensiv sulu qar və qar yağacağı gözlənilir.

Yerli əhaliyə sel təhlükəsi və ictimai nəqliyyatda yarana biləcək çətinliklərlə bağlı diqqətli olmaları xahiş edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!