COVID-19-a yoluxanların sayı 541 milyonu keçdi

saytların hazırlanması

Evə çatdırılma

COVID-19-a yoluxanların sayı 541 milyonu keçdi

Dünya

23 İyun 2022 10:43 747


Dünyada koronavirusa yoluxma hallarının sayı 541 374 090-a çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Dünyada virusun yayılmağa başladığı vaxtdan indiyədək COVID-19 infeksiyasının nəticələrindən 6 milyon 324 min 101 nəfər dünyasını dəyişib. Pepperoni pizza

20 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya da var.

Xəstəliyə yoluxanların və infeksiyanın nəticələrindən ölənlərin sayı müvafiq olaraq:

ABŞ - 86,636,306 və 1,014,835.

Hindistan - 43 344 958 və 524 941.

Braziliya - 31 890 733 və 669 530.

Fransa - 30 555 038 və 150 ​​267.

Almaniya - 27 573 585 və 140 560.

Böyük Britaniya - 22 751 393 və 180 453.

“Worldometer” portalının məlumatına görə, bu gün səhər planetdə hər 1 milyon nəfərə düşən ölüm göstəricisi 814,1-ə çatıb. ABŞ-da hər 1 milyon əhaliyə 3105, Hindistanda 373, Braziliyada 3107, Fransada 2276, Almaniyada 1666, Böyük Britaniyada 2621 nəfər ölüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!