“Çoxundan gizlənirsən, bakteriyadırlar” - Kamran Ağabalayev

saytların hazırlanması

Evə çatdırılma

“Çoxundan gizlənirsən, bakteriyadırlar” - Kamran Ağabalayev

Şou

28 Avqust 2022 22:54 1634


“Biz çox güman köhnə Bakı üçün darıxmırıq. Köhnə Bakını bizə ilk dəfə göstərənlər, gəzdirənlər üçün darıxırıq”.

Yenisabah.az xəbər verir ki, bu sözləri aktyor Kamran Ağabalayev yazıb. Sənətçi köhnə illər üçün darıxdığını dilə gətirib: 

“Bu gün ən bahalı dondurma, 30 il bundan qabaq "bir abasılıq" dondurmanın yerini vermir! Niyə? “Ay ana, marojna əmi gəldi, düşüm alım. Neynirsən adə o buzu? Yaxşı,get al!”. Dördpendirli pizza

Heç yadımdan çıxmaz, 6 dərsin bitməsini gözləyirdim ki, anamın buterbrod üçün verdiyi "1 abası"-ya "xoruz" alım. Tanıdığımız bildiyimiz bir o xoruz idi, bir də Xoruz baba. Eyni kranı açıb ağzımızı dirəyirdik oğlanlı qızlı su içməyə, nə iyrənmək, nə bakteriya, nə antisanitariya. İndi çoxundan gizlənirsən, çoxu bakteriyadır.

Məşhur meyxana var idi: Hamı bilir 5-ci gün "DALĞA"-dı, subbota "RETRO"-du sənin canın üçün... Hə həftədə 1 film, gəl o film haqqında danışmağa nə qədər adam var idi, adam kimi adam...

Bir ara qadınlar "Dodaqdan qəlbə"ni oxuyurdular, kişilər "Qara Volqa"nı, biz isə qalırdıq onların arasında "Mauqli"ni gözləyə-gözləyə. Qabağımızda bir parça "Nağıl" tortu

ye, uzan “sinkalanmı balışa, taxta kimi balışa, dünyanın bəlkə ən yumşaq balışı idi o. Hələ anam "yat, adə" deyirdisə, lap yumşalırdı balış...

Durun gedək 80-lara, 90-lara...”./


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!