“Crocus City Hall”da terrorun təşkilatçıları xaricdə gizlənir - FSB

saytların hazırlanması

Evə çatdırılma

“Crocus City Hall”da terrorun təşkilatçıları xaricdə gizlənir - FSB

Dünya

24 May 2024 10:20 648


Moskva yaxınlığındakı "Crocus City Hall" kompleksində törədilən terror aktı ilə əlaqədar 20-dən çox adam saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FTX - FSB) direktoru Aleksandr Bortnikov bildirib.

FTX direktorunun sözlərinə görə, terrorçuların hərəkətlərini “Vilayət Xorasan”ın “Əfqan bölməsi”nin silahlıları əlaqələndirib.  pizza hut

"İstintaq davam edir, lakin biz artıq əminliklə deyə bilərik ki, Ukrayna hərbi kəşfiyyatı bu hücumla birbaşa əlaqəlidir", - Bortnikov vurğulayıb.

BOrtnikov qeyd edib ki, istintaq Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın xüsusi xidmət orqanlarının və hüquq-mühafizə orqanlarının iştirakı ilə aparılıb.

"Krokus"da baş verən terror aktının əsas təşkilatçısı xaricdədir

Martın 22-də "Piknik" qrupunun konserti başlamazdan əvvəl bir neçə silahlı şəxs "Crocus City Hall"-a soxularaq ziyarətçilərə və işçilərə atəş açıb. Binada yanğın baş verib. 144 nəfər terror aktının qurbanı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!