Culfa gömrüyündə 101 kq narkotik

saytların hazırlanması

Evə çatdırılma

Culfa gömrüyündə 101 kq narkotik

Kriminal

12 Fevral 2025 16:33 298


Naxçıvanda külli miqdarda psixotrop maddə və narkotik vasitə aşkarlanıb.

Yenisabah.az DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadla xəbər verir ki, “Culfa” gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə “PVC” yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib. Pepperoni pizza

Sürücünün üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun üzərindən 2 bükümdə, ümumi çəkisi 4,771 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!