Cümə namazında partlayış:    50 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Cümə namazında partlayış:  50 nəfər öldü

Dünya

02 Sentyabr 2022 16:15 917


Əfqanıstanın Herat şəhərində məsciddə cümə namazı vaxtı güclü partlayış törədilib. 

Yenisabah.az xarici KİV-lərə istinadən xəbər verir ki, partlayış nəticəsində 50 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı deyilir.

Terror aktı zamanı məscidin imamı, “Taliban”a yaxınlığı ilə tanınan və Əfqanıstanda İŞİD-ə qarşı barışmaz mövqeyi ilə seçilən Mucib Rəhman Ənsarinin də həlak olduğu bildirilir. pizza mizza

Hələlik heç bir qruplaşma partlayışı öz üzərinə götürməsə də, insidentin arxasında İŞİD-in dayandığı şübhə doğurmur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!