Dağıstanda iğtişaşlar xaricdən idarə olunub - Bölgə rəhbəri

saytların hazırlanması

Evə çatdırılma

Dağıstanda iğtişaşlar xaricdən idarə olunub - Bölgə rəhbəri

Dünya

30 Oktyabr 2023 10:04 694


Dağıstan Respublikasında vəziyyətin sabitliyini pozmağa cəhdlər xaricdən, o cümlədən ukraynayönlü Telegram kanalları tərəfindən edilir.

Yenisabah.az xəbər verir ki, bunu regionun rəhbəri Sergey Melikov bildirib.

O deyib: “Dağıstanda vəziyyətin sabitliyini pozmaq cəhdləri, o cümlədən millətlərarası nifrət və konfessiyalararası problemlərin qızışdırılması ilə bağlı qadağan olunmuş üsullardan istifadə düşmənlərimiz, ölkəmizin əleyhdarları tərəfindən həyata keçirilir”. pizza hut

Melikovun sözlərinə görə, rayon sakinlərini mitinqlərə çağırışlar dərc edən Telegram kanallarından biri xaricdən idarə olunur. "Bu gün tamamilə etibarlı məlumat aldıq ki, "Utro Daqestana" ("Dağıstanın səhəri") kanalını Ukrayna ərazisindən - satqınlar, banderaçılar idarə edir və tənzimləyir".

Respublika rəhbəri əlavə edib ki, Mahaçqala hava limanında iğtişaşlar nəticəsində iki polis əməkdaşı yaralanıb. Hava limanındakı avadanlıqlara ziyan dəyməyib. Yaxın günlərdə aeroportun bütün funksiyaları bərpa olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!