Dağıstanda 2015-ci ildən bəri Qubden kəndini nəzarətdə saxlayan ekstremist qrupun 9 şübhəli üzvü həbs edilib.
"Yeni Sabah" xəbər verir ki, bu bardə Rusiya İstintaq Komitəsi məlumat yayaıb.
Qrup üzvləri - radikal dindarlar kənddə faktiki öz dövlətlərini yradıb: küçələrdə patrul xidməti göstərib, sakinlərin hərəkətlərini izləyib və həyat tərzləri inancları ilə uyğun gəlməyənləri müəyyən ediblər. Narazı şəxslər zorla müəyyən edilmiş ərazilərə aparılıb, orada fiziki və psixoloji təzyiqə məruz qalıblar.
Müstəntiqlər iddia edirlər ki, qrup üzvləri kənddə CCTV kameraları quraşdırıb, yoxlama məntəqələri qurub və kəndə giriş-çıxışı nəzarətdə saxlayıblar. Yeni rejimi devirmək və şübhəliləri saxlamaq üçün xüsusi təyinatlı qüvvələr cəlb edilib.
Telegram kanalımız